Ağdamda 21 yaşlı gənc həmyerlisini bıçaqladı


Kriminal 28 Mar 2020 14:08:00 152 0

Ağdamda 21 yaşlı gənc həmyerlisini bıçaqladı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqlanıb. 

Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. E. Səmədov Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.