Bakıda 17 dərəcə isti olacaq


Digərləri 28 Mar 2020 13:15:00 161 0

Bakıda 17 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 29-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.