Kürdəmirdə avtomobil 9 yaşlı uşağı vurdu


Sosial 28 Mar 2020 12:46:02 131 0

Kürdəmirdə avtomobil 9 yaşlı uşağı vurdu

Kürdəmirdə yol qəzası baş verib.

Kürdəmir rayonundayol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Vaqif prospektində qeydə alınıb.

Belə ki, "Moskviç" markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Həsənli Məhəmməd Ramin oğlunu vurub. Yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər xəstəyə sol bud sümüyünün qapalı sınığı diaqnozunu qoyublar.

Fakt bağlı araşdırma aparılır.