Bakı metrosunda cibgirlik edən 22 yaşlı oğlan saxlanıldı
Kriminal 28 Mar 2020 12:29:00 156 0
Bakıda metroda cibgirlik edən şəxs saxlanılıb.
Son.az APA-ya istinadən bildirir ki, hadisə metronun "28 May" stansiyasında qeydə alınıb.
Şəhər sakini R. Abdullayevanın çantasından 600 manat dəyərində telefonu cibgirlik yolu ilə oğurlanıb. Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü S. Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az