Hoteldən 2 min manatlıq oğurluq edildi


Sosial 28 Mar 2020 12:15:25 157 0

Hoteldən 2 min manatlıq oğurluq edildi

Bakıda hoteldən oğurluq edən şəxslər saxlanılıblar.

Bakıda hoteldən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki,Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsiəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisindəki hotellərin birindən 2 000 manat dəyərində 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Qasımlı və Bakı şəhər sakini E.Nuruyev tutulublar.