Satıcıya bıçaq çəkib bir qutu siqaret apardılar


Kriminal 28 Mar 2020 12:18:00 120 0

Satıcıya bıçaq çəkib bir qutu siqaret apardılar

Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanılıblar.

Son.az APA-ya istinadən bildirir ki, martın 27-də 02:45 radələrində paytaxtın Yasamal rayonu Landau küçəsidə yerləşən köşkə naməlum şəxslər daxil olaraq satıcını bıçaqla hədələyib oradan bir qutu siqaret götürüblər.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törtməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - M. Əliyev, C. Rəhimli, E. Qəhrəmanlı və B. Nağızadə saxlanılıb.

Davam edən istintaq tədbirləri nəticəsində məlum olub ki, onlar Yasamal rayon ərazisində daha bir köşkdən satıcını bıçaqla hədələyərək soyğunçuluq ediblər.