Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul yığılıb?


Sosial 28 Mar 2020 12:09:00 156 0

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul yığılıb?

Martın 27-si, saat 18:00-a qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 91 230 152 manat, 117 min ABŞ dolları, 6 013 avro və 500 ingilis funt-sterlinqi məbləğində vəsait köçürülüb

© google.az

Martın 27-si, saat 18:00-a qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 91 230 152 manat, 117 min ABŞ dolları, 6 013 avro və 500 ingilis funt-sterlinqi məbləğində vəsait köçürülüb.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, manatla yığımış pulun 20 milyon manatı dövlət büdcəsindən ayrılıb, 67 125 878 manatını hüquqi şəxslər, 4 104 273 manatını isə fiziki şəxslər təmin edib.

Xarici valyuta ilə yığılmış pulun isə 93 min ABŞ dolları və 6 min avrosunu hüquqi şəxslər, 24 min ABŞ dollarını, 13 avrosunu və 500 ingilis-funt sterliqini isə fiziki şəxslər ödəyib.