Rusiyada virusa yoluxmaqda şübhəli bilinənlərin sayı açıqlanıb


Dünya 28 Mar 2020 11:20:26 117 0

Rusiyada virusa yoluxmaqda şübhəli bilinənlərin sayı açıqlanıb

Bildirilib ki, 2020-ci ildə 250 989 nəfər yoxlamadan keçirilib

Rusiyada 166 739 nəfər koronavirusa yoluxma şübhəsi ilə nəzarət altında saxlanılırlar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya istehlakçıların hüququnu müdafiə və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmət bu barədə məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildə 250 989 nəfər yoxlamadan keçirilib.

Martın 27-nə olan məlumata əsasən, Rusiyada 58 regionda 1 036 nəfər virusa yoluxub.