Aybəniz Haşımova xəstələndi "Hamı evdə otursun, özünü qorusun"


Şou-biznes 28 Mar 2020 11:12:00 237 0

Aybəniz Haşımova xəstələndi  "Hamı evdə otursun, özünü qorusun"

Əməkdar artist Aybəniz Haşımova xəstələnib.

Son.az big.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü İnstaqram hesabında canlı yayım zamanı deyib.

"İlaxır çərşənbədə konsertə dəvət etmişdilər. Həmin gün də dəhşət soyuq idi. Elə mən məkana çatanda dedilər ki, səhnəyə çıxmalıyam. Mən də nə edim?! Deyim soyuqdur, çıxmıram?! Çıxdım səhnəyə, oxudum. Evə gələndə də gördüm ki, xəstələnmişəm. "Gözəl ağa çox gözəl idi, vurdu gözünü çıxartdı" misalı oldu. İndi mən də o gündən xəstəyəm. Gündüz çox pis idim, indi bir az yaxşıyam, şükür. Mənə demək düşmür, ona görə yaxşıyam deməyim. Əzizlərim, hamınız evdə outrun, özünüzü qoruyun". İzləyiciləri sənətçinin xəstələnməyindən çox narahat olublar və ona çoxsaylı suallar yazıblar. Lakin Aybəniz Haşımova onlara narahat olmamaqlarını deyərək yaxşı olduğunu vurğulayıb.