8 ölkə BMTyə çağırış etdi: Sanksiyaları dayandırın!


Dünya 28 Mar 2020 10:45:00 119 0

8 ölkə BMTyə çağırış etdi: Sanksiyaları dayandırın!

İran, Suriya, Şimali Koreya, Venesuela, Çin, Rusiya, Kuba və Nikaraqua koronavirusla mübarizə üçün ölkələrinə tətbiq edilən birtərəfli sanksiyaların dayandırılması barədə çağırış edib.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.

Sözügedən ölkələr BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərək, birtərəfli sanksiyaların dərhal qaldırılmasını tələb ediblər.

Məktubda koronavirusla effektiv mübarizə aparmaq üçün ABŞ, Avropa Birliyi və BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyaların ləğv edilməsi və pandemiyanın siyasiləşdirilməməsinin zəruriliyi vurğulanıb.