Uhan şəhər metrosu iki aylıq fasilədən sonra fəaliyyətini bərpa edib


Dünya 28 Mar 2020 10:23:00 239 0

Uhan şəhər metrosu iki aylıq fasilədən sonra fəaliyyətini bərpa edib

Çinin Hubey əyalətinin mərkəzi olan Uhan şəhərinin metropoliten xidməti koronavirus epidemiyasının yayılması nəticəsində elan olunmuş iki aylıq fasilədən sonra öz fəaliyyətini bərpa edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə yerli "Jenmin Jibao" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hazırda 184 stansiya öz fəaliyyətini bərpa edib ki, burada da sərnişinlərin bədən hərarətinin müəyyən edilməsi üçün 200 ədəd istilikgöstərici qurğular yerləşdirilib. İnsanların vaqonlarda sayına nəzarət etmək üçün oturacaqlara üzərində "arada bir yer buraxın" yazılmış sarı rəngli xüsusi lentlər yapışıdırılıb. Bununla da altı nəfərlik oturacaqlarda üç nəfər oturmalı olacaq.

Bildirilir ki, bütün qatarlarda nəzarətçi olacaq və o, yeni qaydalara nə dərəcədə əməl olunduğuna, eləcə də sərnişinlərin qoruyucu maskaları taxmalarına nəzarət edəcək.