"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib


İqtisadiyyat 28 Mar 2020 10:30:00 141 0

"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

"Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik.

Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin", - deyə qurum bəyan edib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək