"Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar"


Digərləri 28 Mar 2020 09:22:00 163 0

"Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar"

Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar. Həyatını oyun stoluna qoyub, zər atmaqdansa bir-iki ay sosial təcrid qaydalarına uymaq daha məntiqlidir.

Son.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin rəisi Kamran Beydullayev dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19)-un yaratdığı təhlükə və ona qarşı mübarizə üsulları ilə bağlı Trend-in suallarını cavablandırıb.

Müsahibəni oxuculara təqdim edirik.

- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq bir neçə aydır ki, dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19) pandemiya elan edib. Dünya mediasının səhərdən axşama qədər bundan bəhs etdiyi bir zamanda hələ də mətbuatda bütün bu baş verənlərin şişirdilmiş bir hadisə olduğunu iddia edən insanlar var. Sizcə, bu panika realdır, yoxsa doğrudan da təlaşa ehtiyac yoxdur?

- Hazırkı yaranmış vəziyyətdən istifadə edib, qeyri-adi fikir yürütməklə fərqlənməyə çalışmaq bir az da dəb halını alıb. Elə insanlar var ki, hətta panikanın təsiri altında özünü inandırmaqla bəzi yanlışların düzgün olmasını sübut etmək istəyir, bəziləri isə günahkar axtarır, amma fakt faktlığında qalır. Koronavirus səbəbindən bəzi dövlətlərdə fəlakət yaşanır. Dünya qorxu içərisindədir. Zəruri olan sahələrdən başqa hər şey az qala dayanmış vəziyyətdədir. "Adi qripdən də adamlar ölür", "İtaliyada hər gün koronavirus olmadan da 700 nəfər ölürdü", "ancaq qocalar ölür", "laboratoriyada hazırlanan bioloji silahdır" və s. bu kimi mövzular cəmiyyəti hazırkı durumda etməli olduqları əsas tələblərdən bir qədər yayındırır.

- Cəmiyyətin, vətəndaşlarımızın əsas bilməsi və əməl etməsi vacib qaydalar, tələblər hansılardır?

- Hər kəs bilməlidir ki, bu virus insanlar üçün yenidir, sürətlə yayılmağa meyillidir və yoluxanların bir qismi həyatını itirə bilər. COVID-19-un özünü necə aparacağı, nə qədər insana yoluxacağı və öldürəcəyi bilinmir. Amma, artıq çoxsaylı sağalan xəstələrin olması, bir müddət əvvəl epidemik olan bəzi yerlərdə vəziyyətin tam nəzarət altında olması kimi yaxşı xəbərlər də var. Adi insanların bu vəziyyətdə gün ərzində mediyada səslənən sosial təcrid və gigiyena qaydalarına tam əməl etməlidir. Bunlara riayət etməklə insanlar liderlərə və alimlərə bu vəziyyətdən çıxış yolu tapmaq üçün vaxt qazandırmış olurlar. Əks halda, dünya ölkələrinin hamısının səhiyyə sisteminin xəstəlik qarşısında çökməsini, insanların az qala vəhşi təbii seçmə qanunlarına buraxılmasını seyr etməli olacağıq. "Evdə, divanda oturub, çay içərək bəşəriyyəti xilas edə bilmək" zarafatında əslində kifayət qədər həqiqət var.

- Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Hal-hazırda yaranmış durumla bağlı Azərbaycan dövlətinin göstərdiyi qətiyyət vəziyyəti dərk edən bütün insanları qane edir. Vətəndaşlarımızın böyük əksəriyyətinin anlayış göstərdiyini sosial mediyadan da izləmək mümkündür. Amma, sosial məsuliyyəti az və informasiyası qıt olan bəzi insanlar ucbatından daha ciddi tədbirlərin görülməsinə ehtiyac olacağını düşünürəm. Hesab edirəm ki, bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına atmaq olar. Hazırda xəstəliyin partlayış həddində olduğu İtaliya və İspaniya kimi ölkələrdə də 20 gün əvvəl xəstə sayı bizdəki qədər olub. Hadisələr əvvəlcə çox yavaş gedir və qəfildən inanılmaz sürət alır. Dünyada koronavirus xəstələrinin sayının 100 minə çatmasına 3 ay vaxt lazım oldu, 200 min say isə bundan cəmi 12 gün sonra oldu, daha 4 gün bəs elədi ki, bu hədd 300 minə çatsın, 1 gündən sonra isə bu rəqəm 400 min oldu. Aprel ayında Azərbaycanda xəstə sayının kəskin artacağını güman edirəm. Hazırda bu hadisələri tam ağırlığı ilə yaşayan ölkələrdən üstünlüyümüz ondadır ki, daha erkən admnistrativ addımlar atdıq. Xəstəlik epidemiya halına gəldikdə bu tibbi problem olmaqdan çıxır, ona görə də onun həlli məsələsi daha çox cəmiyyət qanunlarının tənzimlənməsi ilə olur. Söhbətin əvvəlinə qayıdıram. Hadisələrin necə olacağını heç kəs bilmir. Ümüd edirəm ki, biz hadisələri bir addım əvvəldən önləməyi bacararıq.

- Statistikaya istinad etsək, rəqəmlər daha nə söyləyir?