Bakıda “Mercedes” və “KamАZ” toqquşdu:


Digərləri 28 Mar 2020 09:28:00 132 0

Bakıda “Mercedes” və “KamАZ” toqquşdu:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda "Mercedes" markalı minik avtomobili və "КаmAZ" markalı yük avtomobili toqquşub.

Nazirlikdən Son.az-a verilə məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.