Messenger ilə 1 mesajı 5dən çox insana göndərmək mümkün olmayacaq


Digərləri 28 Mar 2020 08:31:00 117 0

Messenger ilə 1 mesajı 5dən çox insana göndərmək mümkün olmayacaq

Facebook, saxta və yalan xəbərlərlə mübarizəni gücləndirmək üçün addımlar atmağa davam edir. Belə ki, şirkət Messenger üçün bəzi yeniliklər üzərində işləyir. WhatsApp-a da uzun müddət əvvəl inteqrasiya edilən eyni mesajı limitli sayıda istifadəçiyə göndərmək artıq Messenger-ə də gətirilir.

Facebook Messenger-də bir mesajı 5-dən çox insana göndərmək mümkün olmayacaq. Testlər davam edir.          Şirkət 2018-də WhatsApp üçün də bu qadağanı gətirmişdi. Tərsinə mühəndislik (Reverse Engineering) edən Jane Manchun Wong bildirir ki, hazırda bu funksiya test mərhələsindədir və qısa zaman ərzində istifadəyə veriləcək. Lakin WhatsApp-da olduğu kimi göndərilən mesajların Yönləndirildi (İletildi / Forwarded) olaraq işarələnib işarələnməyəcəyi hələ bəlli deyil.