Avropada koronavirusun ən gənc qurbanı


Dünya 28 Mar 2020 08:32:00 129 0

Avropada koronavirusun ən gənc qurbanı

Parisdən olan 16 yaşlı məktəbli qız Avropada koronavirusun ən gənc qurbanı oldu.

Son.az oxu.az-a istinadən bildirir ki, Culi Elliotda ilk simptomlar bir həftə öncə müşahidə olunmağa başlayıb.

Əvvəlcə o, yüngül öskürüb, lakin qızın səhhəti getdikcə ağırlaşmağa başlayıb. Bazar ertəsi məktəbli xəstəxanaya yerləşdirilib, iki gündən sonra isə Culi dünyasını dəyişib.   

Yeniyetmənin ailəsi gəncləri koronavirusa ciddi yanaşmağa səsləyib.