Norveç Neft Fondu 115 milyard avrodan


Digərləri 28 Mar 2020 08:28:00 168 0

Norveç Neft Fondu 115 milyard avrodan

Norveç Neft Fondu dünya bazarlarında səhmlərin ucuzlaşması nəticəsində aktivlərinin dəyərində 115 milyard avrodan çox itki ilə üzləşib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son aylara qədər aktivləri 1 trilyon avrodan çox qiymətləndirilən Norveçin Neft Fondu kimi də tanınan "Dövlət Pensiya Fondu - Qlobal" bu günlərdə 1.33 trilyon Norveç kronu (115 milyard avrodan çox) dəyər itirib.

Bu qədər böyük zərərin baş verməsində əsas səbəb kimi koronavirusun yayılması səbəbindən birjalarda kotirovkaların düşməsi olub. Beləliklə, indiki anda Fondun investisiya portfelinə dəyən zərər 16,2 faiz təşkil edir ki, bu da ötən il fond tərəfindən əldə edilmiş rekord 19,9 faiz mənfəəti sıfıra endirməkdədir. Xatırladaq ki, bu ilin fevral ayında Norveçin "Dövlət Pensiya Fondu - Qlobal" 2019-cu il üçün aktivlərinin dəyərində artımının rekord səviyyədə olduğunu elan edib. Beləliklə, fondun aktivləri birjalarda kotirovkaların yüksəlməsi nəticəsində 1,69 trilyon kron (170 milyard dollardan çox) artmışdı.