İtaliya bankından bitcoin ticarətinə yaşıl işıq


Digərləri 28 Mar 2020 08:15:00 141 0

İtaliya bankından bitcoin ticarətinə yaşıl işıq

İtaliya koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə milli karantin elan edib. Bu fonda "Banca Sella" bankı özünün Hype platformasında bitcoin ticarəti xidmətini istifadəyə verdi. Bank istifadəçilər üçün təhlükəsizlik risklərini azaltmaq üçün Hype platformasından istifadə edərək treyderlər və kriptovalyuta birjaları arasında vasitəçi rolunu oynayacaq. Hazırda ölkə vətəndaşları evdə otururlar və bu səbəbdən ödəniş vasitəsi olaraq bitcoin və digər kriptovalyutalara maraq artmaqdadır.

Hype platforması yalnız bitcoin alqı-satqısına deyil, həmçinin mal və xidmətlər üçün də kriptovalyutalar ilə ödəniş etməyə imkan verəcəkdir. 2019-cu ilin oktyabr ayında SEMRush tərəfindən aparılan tədqiqatın nəticələrinə əsasən bitcoin onlayn sifarişlər üçün ən İtaliyada populyar ödəmə vasitəsi olaraq PayPal və PostePay ödəmə sistemilərindən sonra üçüncü olub.