Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı


Digərləri 27 Mar 2020 23:45:00 198 0

Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı

Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) spirt tərkibli məhlul və ya digər maddələrlə dezinfeksiya edilməsi vacib olan sahələr açıqlanıb.

Son.az bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, bu sahələr aşağıdakılardır:

✅ Qapı və qapı tutacaqları ✅ İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və tutacaqları ✅ Ödəniş terminalları ✅ Kassada yerləşən konveyerlər ✅ Məhsulların saxlandığı rəf, stellaj, daşındığı araba və səbətlər ✅ Çoxmərtəbəli müəssisələrdə eskalatorlar və tutacaqları, liftlər ✅ Soyuducuların tutacaqları ✅ Tullantı qabları