Ürək xəstəlikləri koronavirusdan ölüm riskini dörd dəfə artırır


Digərləri 27 Mar 2020 22:49:00 130 0

Ürək xəstəlikləri koronavirusdan ölüm riskini dörd dəfə artırır

Çinli alimlər araşdırmalar apararaq belə bir qənaətə gəliblər ki, ağır ürək-damar problemləri koronavirusdan ölmək riskini ciddi sürətdə yüksəldir.

Alimlər güman edir ki, virus birbaşa ürəyin əzələ hüceyrələrli ilə təmas edir.

Son.az oxu.az-a istinadən bildirir ki, məlumata əsasən, bu hüceyrələrdə koronavirus üçün "qapıları açan" ACE2 reseptorları mövcuddur.

"Araşdırmalar onu göstərib ki, Uhanda hər beş xəstədən birində ürək və damar problemləri olub. Məhz buna görə orda yüksək ölüm səviyyəsi müşahidə edilib", - deyə alimlər qeyd edir.