Basqalın səkkiz günə ərsəyə gələn səməni halvası FOTO


Digərləri 27 Mar 2020 22:20:00 148 0

Basqalın səkkiz günə ərsəyə gələn səməni halvası  FOTO

İsmayıllının Basqal qəsəbəsində yaşayan Cahid Əliyev ata-babasından ona miras qalan halvaçı sənətini bu gün də davam etdirərək, dadlı səməni halvası bişirməklə məşğuldur. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Basqalın səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun yalnız təbii məhsullardan hazırlanmasıdır.

Halvaçı Cahid Əliyev deyir ki, səməni halvasının maraqlı və çətin bişirilmə texnologiyası var. 8 günlük səməni yuyulub, ət maşınında çəkildikdən sonra tənziflə sıxılaraq suyu alınır. Daha sonra səməni suyu unla qarışdırılaraq yoğurulur. Gur ocaq üzərinə qoyulan halva 8 saata yaxın növbəli şəkildə qarışdırılaraq bişirilir.

Bu halvanı yay fəslindən başqa ilin bütün fəsillərində bişirmək mümkündür. Amma səməni halvasının hazırlanması çətin proses olduğu üçün daha çox Novruz bayramında bişirilir.

Halvaçı deyir ki, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.