Ticarət obyektlərində yerində xidmət dayandırıldı


Digərləri 27 Mar 2020 21:12:00 153 0

Ticarət obyektlərində yerində xidmət dayandırıldı

Azərbaycanda xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılıb. 

Son.az bildirir ki, bu qərar Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı verilib. 

Operativ Qərargahdan daxil olan məlumatda bildirilir ki, sözügedən iaşə obyektlərində çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.