101 yaşlı kişi koronavirusdan sağaldı


Digərləri 27 Mar 2020 20:35:00 147 0

101 yaşlı kişi koronavirusdan sağaldı

İtaliyada daha əvvəl koronavirusa yoluxan 101 yaşlı kişi sağalıb. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Rimini şəhərində xəstəxanadan evə buraxılıb.

Yaşlı kişi ötən həftə xəstəxanaya yerləşdirilmişdi. "Bu, həkimlər, tibb bacıları, bütün tibb personalı üçün əsl pozitiv tarixçə oldu", - "TASS" yerli hakimiyyət nümayəndəsi Qloriya Lizinin sözlərini sitat gətirir.

O, kişinin sağalmasını "gələcəyə ümid" adlandırıb.