Polis binanın həyətində ilan əti bişirən çinliləri həbs edib


Digərləri 27 Mar 2020 20:09:00 134 0

Polis binanın həyətində ilan əti bişirən çinliləri həbs edib

Qahirədə bir yaşayış binasının həyətində ilan ətindən yemək bişirən 5 nəfər Çin vətəndaşı sakinlərin şikayəti əsasında həbs edilib. Prokurorluq ölkənin yeni inzibati paytaxtında yaşayan çinlilərin həbsinə xəstəlik yaymaq ehtimalı əsasında sanksiya verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Əl-Ahram qəzetinin xəbərində Misir sakinlərinin manqala düzülmüş ilanlardan dəhşətə gəldikləri və polisə ərizə ilə müraciət etdikləri bildirilir. Qahirə Baytarlıq İdarəsinin direktoru Seyid Obeyd bildirib ki, mütəxəssislər Çin vətəndaşlarının yedikləri bu ilanların nə dərəcədə zərərli olduğunu araşdırırlar.

Sosial şəbəkələrdə yayılan fotoşəkilə rəy yazanlar koronavirusun meydana gəlməsinin əsas səbəbinin bu cür qidalanma olduğunu qeyd ediblər.