Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı


Digərləri 27 Mar 2020 19:34:00 125 0

Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı

Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır.

Son.az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək hərəkətdə olmayacaq.

Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.