Trenddəki müğənnilər haqda:


Şou-biznes 27 Mar 2020 18:29:00 149 0

Trenddəki müğənnilər haqda:

Musiqilərimiz get-gedə cığırından çıxır. İllər ötdükcə ötən bəstəkarların əsərlərini yenə də ifa edirik. Həmin bəstəkarlar illər əvvəl bunları bəstələyəndə yüz dəfə götür-qoy ediblər. Çünki senzura var idi.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ceyhun Əliyev "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi trendə düşən mahnıları ələ salıb:

"Müğənni gəlir yanıma ki, elə mahnı yaz partlasın, toylara gedim. Bu fikirləri olan yeni gələn gənc ifaçıların gələcəyini görmürəm. Onlar çox gedə bilməyəcəklər. O musiqiləri dəyərsiz adlandırıram. Youtube-da oturanlar da onları çox izləmir. Bəlkə, yeni çıxanda dinləyəcəklər, seviləcək, trend olacaq. Amma müəyyən vaxtdan sonra o mahnıları dinləyənlər özləri inkişaf edir. Trenddə olan mahnılar neqativ ab-hava verir: ayrıldıq, mənim küləyimsən, günəşimsən. Bunu daha pozitiv sevdirmək olar. Pul qazanmaq o demək deyil ki, damar kəsən mahnılar oxu, sənə pul xərcləsinlər".