Hər kəsin alarkən toxunduğu,


Digərləri 27 Mar 2020 17:31:00 171 0

Hər kəsin alarkən toxunduğu,

Natəmiz şəraitdə bişirilən çörək, paketlənmədən, gigiyenik tələblərə cavab verməyən avtomobillərdə daşınır. Paytaxtda fəaliyyət göstərən çörəkbişirmə müəssisələrindən birində yayılan görüntülər müzakirələrə səbəb olub. İllərdir bu məsələ problem olsa da, həll olunmur. Son zamanlar koronovirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda bu məsələ yenidən gündəmə gəlib.

Son.az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Eyyub Hüseynov - AİB-in sədri: "Təhlükəli virus ərzaq malları ilə yanaşı onun büküldüyü materialla da keçə bilər. Təsadüfi deyil ki, hələ illər öncə nazirlər kabinetinin 94 saylı qərarı qəbul olunub. Həmin qərarda göstərilir ki, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar bükülməlidir, etiketlənməlidir".

İsa Əliyev - Qida mühəndisi: "Paketlənmiş məhsul fiziki kontominasiyadan, yəni xaricdən hər hansı bir kirlənmə, hər hansı bir toz, torpaq çöp və yaxud da xəstəlik infeksiyanın daxil olmasının qarşısını alır. Və yaxud da məhsulun hava ilə təmasının qarşısını alır".

Paketlənməyən məhsul elə olduğu kimi, satış müəssisələrində rəflərə düzülür. Burada isə çörəklərə gün ərzində onlarla insanın əli dəyir.

Eyyub Hüseynov - AİB-in sədri: "Azərbaycan istehlakçılarının isti çörəyə səhvən bir tələbatı var. İsti-isti də çörəyi bükmək olmur. Bükəndə o tərləyir, sıradan çıxır. Ona görə də istehsalçılar məcburdular ki, isti çörəyi bəzən açıq çıxarsınlar bazara. Bu, Nazirlər Kabinetinin 94 saylı qərarının pozulması ilə bərabər, eləcə də bu təhlükəli xəstəliyin yayılmasına rəvac verir".

Aydın Mirzəzadə - Milli Məclisin deputatı: "Ərzaq məhsulları qapalı formada satılmalıdır. Çörək də həmçinin. Eyni zamanda insanlar da  nəzərə almalıdır ki, açıq şəkildə olan ərzaq məhsullarına əl vurmaq, yoxlaya-yoxlaya getmək düzgün deyil".

Mütəxəssislər qida məhsullarının, o cümlədən çörəyin paketlənməsinin vacib olduğunu deyir.