“Nar+” tətbiqi ilə hesabını evdən idarə et!


Digərləri 27 Mar 2020 18:00:00 160 0

“Nar+” tətbiqi ilə hesabını evdən idarə et!

"Nar" koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq abunəçilərini, təhlükəsizliklərini təmin etmək məqsədilə "Nar+" tətbiqindən yararlanmağa çağırır. Bu tətbiq abunəçilərə evlərindən çıxmadan, 24/7 rejimində fəaliyyət göstərən müştəri xidmətlərindən yararlanmaq imkanı verir. Belə ki, "Nar+" tətbiqi ilə abunəçilər bir neçə saniyə ərzində özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Tətbiqlə abunəçilər balanslarının sərfiyyatı haqqında izahlı qaiməni də əldə edə bilərlər. Qeyd edək ki, "Nar+" tətbiqini "AppStore" və "PlayStore"dan yükləmək mümkündür.

"Nar+" mobil tətbiqi ilə yanaşı abunəçilər mobil operatorun rəsmi sosial media səhifələrindən ("Facebook", "İnstagram" və "Twitter") və gücləndirilmiş rejimdə fəaliyyət göstərən 777 Çağrı Mərkəzinin xidmətlərindən yararlana bilərlər.

Xatırladaq ki, "Nar", koronavirus ("COVID-19") infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, eyni zamanda xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalını və nəzarətdə olan pasiyentləri pulsuz rabitə ilə təmin edib. Bundan başqa, bütün "Nar" abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə ödənişsiz olub.