Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçdı


Digərləri 27 Mar 2020 16:58:00 153 0

Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Bakıda piyadanı vuran sürücü qaçıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə,  martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Azadlıq prospektində naməlum sürücü idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən 35 yaşlı kişini vurub eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini C.Hüseynovun idarə etdiyi "Hyundai" markalı avtomobilin qarşısına atıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.