IBIS hotel Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 manat köçürdü

Siyasət 27 Mar 2020 14:56:08 135 0

IBIS hotel Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 000 manat köçürdü

IBIS hotel koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

“Report” xəbər verir ki, IBIS hotel fonda 150 000 manat köçürüb.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti də ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına, onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.