Ermənistan Ordusunda koronavirusa yoluxma halları artır


Dünya 27 Mar 2020 14:44:00 123 0

Ermənistan Ordusunda koronavirusa yoluxma halları artır

Ermənistanda hərbçilər arasında koronavirusa yoluxma halları artır.

Son.az APA-ya istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, artıq 5 hərbi qulluqçuda koronavirus aşkarlanıb. Qeyd edək ki, bundan əvvəl Ermənistanda hərbçinin koronavirusa yoluxduğu açıqlanmışdı.

Son məlumata görə, Ermənistanda ümumilikdə koronavirusa 329 yoluxma faktı aşkarlanıb.