"AŞ PA rəhbərliyi Azərbaycana qarşı zamanzaman baş qaldıran yanlış yanaşmalara müvafiq korrektələr etməlidir"


Siyasət 27 Mar 2020 14:27:00 58 0

"AŞ PA rəhbərliyi Azərbaycana qarşı zamanzaman baş qaldıran yanlış yanaşmalara müvafiq korrektələr etməlidir"

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə məruzəçiləri martın 25-də ölkəmizi hədəf alan növbəti bir bəyanatla çıxış ediblər.

Son.az bildirir ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov sözügedən bəyanat barədə Trend-in suallarını cavablandırıb:

- Fəxrəddin müəllim, bu bəyanatla bağlı münasibətinizi öyrənmək istərdik.

- Şübhəsiz ki, münasibətimiz belə bir qərəzli bəyanatı qəti şəkildə pisləməkdən ibarətdir və bu barədə kəskin etirazımız artıq AŞ PA rəhbərliyinə yazılı və şifahi formada çatdırılıb. Fürsətdən istifadə edib, bir daha dərin təəssüfümüzü bildirmək istərdik ki, AŞ PA-nın təqdim etdiyi platforma qarşılıqlı hörmətə söykənən dialoq və əməkdaşlıq üçün deyil, yenidən qərəzli qarayaxma kampaniyasının təşviqi məqsədilə istifadə edilir. Öz istək və seçimi əsasında Avropa Şurasına qoşulmuş Azərbaycan Respublikası hər zaman konstruktiv və məqsədyönlü əməkdaşlıq ruhuna uyğun bir davranış nümayiş etdirib, lakin eyni zamanda təzyiq və təhdidlər üzərində köklənmiş münasibətlər formasını birmənalı və qətiyyətli şəkildə rədd edib. Dövlət başçımız tərəfindən müəyyən edilmiş və müstəsna şəkildə milli maraqlarımız əsasında qurulmuş Azərbaycan Respublikasının xarici siyasəti yalnız bərabərhüquqlu bir münasibətlər sistemini qəbul edir. 25 mart tarixli bəyanatın timsalında görmək olar ki, həmin bəyanat müəllifləri özlərini demokratik cəmiyyətlər toplumunu təmsil edən bir Assambleyanın məruzəçiləri deyil, XIX əsrin müstəmləkə sisteminin nəzarətçiləri kimi davranmaq fikrinə düşüblər. Bu məruzəçilərin rolu yalnız mümkün olduqca xoşniyyətli tövsiyələr verməkdən ibarət olmalıdır və Azərbaycan onlardan öz rahat diyarlarında oturub, davamlı təhdidlər, o cümlədən hərbi işğal kimi bir ədalətsizliklə üzləşmiş ölkəmizə göstəriş və ya təlimatlar ünvanlamasını gözləmir və bu yanaşmanı açıq şəkildə rədd edir.

Bəyanatın mahiyyətinə gəldikdə isə həqiqətən, ağılasığmazdır ki, dünyanın əksər ölkələri kimi COVİD-19 virusunun yaratdığı ciddi təhlükə ilə üzləşmiş Azərbaycanda cəmiyyətimizin səfərbərliyi və milli həmrəyliyə arxalanan hökumətimizin genişmiqyaslı səylərini təqdir etmək və ona dəstək ifadə etmək əvəzinə bu məruzəçilər təhrif və şayiələrə əsaslanan yanaşmalarından əl çəkməmiş kimi görünürlər. Bu dardüşüncəli yanaşma təəssüf ki, həmin məruzəçilərin bəzi dairələrdə ani siyasi və mümkün digər dividendlər qazanmaq arzusundan xəbər verə bilər və hətta dünyanın üzləşdiyi humanitar fəlakətin belə onları bu "müqəddəs missiyadan" çəkindirmək üçün yetərsiz olduğunu göstərir. Digər yandan, AŞ PA məruzəçiləri, habelə ertəsi günü Avropa Şurasının İnsan hüquqları komissarı Azərbaycan hüquq-mühafizə orqanlarının daha çox gündəlik insani münasibətlər zəminində baş vermiş bir hadisə üzrə gördükləri qanunauyğun tədbirlərə siyasi don geyindirməyə cəhd ediblər. Dünyanın heç bir ölkəsində siyasi mənsubiyyət qanun qarşısında imtiyazlı bir rəftar üçün qanəatbəxş zəmin təşkil etmir və ölkəmizdə məhz qanunun aliliyinə uyğun olaraq, həmin şəxsə yalnız qanunvericiliyin tələbləri tətbiq edilib. Ümidvarıq ki, AŞ PA və eləcə də Avropa Şurasının digər təsisatları nəhayət 20 ilə yaxın üzvlükdən sonra Azərbaycanla müstəsna şəkildə qarşılıqlı hörmət üzərində qurulmuş bir dialoqun keçərli vasitə olduğu qənaətinə gəlmiş olacaqlar.

- Necə hesab edirsiniz, AŞ PA məruzəçilərinin bu sonuncu bəyanatı təşkilat ilə Azərbaycan arasında mövcud münasibətlərə təsir edə bilərmi?

- Ümumiyyətlə, qeyd olunmalıdır ki, nə ölkəmiz üzrə məruzəçilər, nə də ayrılıqda AŞ PA təşkilatın Azərbaycanla münasibətlərini müəyyən etmək səlahiyyəti və ya iqtidarında deyildir. Parlament Assambleyası regional təşkilat olan Avropa Şurasının üzv dövlətlərinin milli parlamentləri arasında bir əməkdaşlıq platformasını təşkil edir və vaxtaşırı müxtəlif məsələlər üzrə mövqeyini bildirir. Halbuki, Avropa Şurasının əsas işi geniş sahələri əhatə edən çoxşaxəli fəaliyyətlər üzərində qurulmuşdur və AŞ PA-nın yanaşmasından asılı olmayaraq, ölkəmiz milli maraqlardan çıxış edərək həmin fəaliyyətlərin əksətiyyətində ardıcıl surətdə iştirak etməkdədir. Lakin eyni zamanda bəzi AŞ PA üzvlərinin əsassız və qərəzli addımları Avropa Şurası ilə əməkdaşlığımızın dərinləşməsinə də xidmət etmir və bir çox hallarda formalaşmış müsbət dinamikalara kölgə salır. Hesab edirik ki, sonunda AŞ PA rəhbərliyi məsələni ciddi şəkildə analiz etməli və təsisat çərçivəsində ölkəmizə qarşı zaman-zaman baş qaldıran yanlış yanaşmalara müvafiq korrektələr etməlidir.

Hər bir halda Azərbaycan insan haqları və qanunun aliliyinə hörmət edən demokratik bir ölkədir və bəzi AŞ PA üzvlərinin vaxtaşırı qərəzli bəyanat və hücumlarına baxmayaraq, dövlət başçımızın müdrik rəhbərliyi altında Azərbaycan daha böyük tərəqqi və uğurları hədəfləyən davamlı inkişaf yolunda qətiyyətlə irəliləmək əzmindədir. Qarşıya qoyulan məqsədlərə nail olacağımıza heç kəs şübhə etməməlidir.

Astarada karantin rejimini pozanlara xəbərdarlıq edildi  FOTO like
  • 27 Mar 14:24  
Digərləri Astarada karantin rejimini pozanlara xəbərdarlıq edildi FOTO

Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edilib.

arrow Ətraflı
Azərbaycanlı model küçədə soyundu, like
  • 27 Mar 14:22  
Şou-biznes Azərbaycanlı model küçədə soyundu,

Köçüb Amerikada yaşayan "Dallas 2019 Diva Bikini Model" yarışın

arrow Ətraflı
Azərbaycanda yeni medal təsis edilir like
  • 27 Mar 14:19  
Digərləri Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir.

arrow Ətraflı
Ekspert: Ölkə iqtisadiyyatı sürətli inkişaf müstəvisinə çıxıb like
  • 27 Mar 14:16  
İqtisadiyyat Ekspert: Ölkə iqtisadiyyatı sürətli inkişaf müstəvisinə çıxıb

Azərbaycan hökuməti son illər ərzində apardığı uğurlu islahatlarla üm

arrow Ətraflı
Bakıda avtomobil piyadanı vurub digər maşının qarşısına atdı like
  • 27 Mar 14:16  
Digərləri Bakıda avtomobil piyadanı vurub digər maşının qarşısına atdı

Binəqədi rayonunun Azadlıq prospektində piyadanın ölümü ilə nəticələ

arrow Ətraflı
Fransa dünyaya bəyan elədi: "Bu dərmandan istifadə edilsin" like
  • 27 Mar 14:13  
Dünya Fransa dünyaya bəyan elədi: "Bu dərmandan istifadə edilsin"

Fransa dövləti malyariya xəstəliyinin müalicəsində istifadə edilən xlor

arrow Ətraflı
MTRŞ koronavirusla bağlı yayımçılara müraciət etdi like
  • 27 Mar 14:11  
Digərləri MTRŞ koronavirusla bağlı yayımçılara müraciət etdi

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımının fasiləsizliy

arrow Ətraflı
Psixoloqkonsultant: "Qorxmağı dayandırın və özünüzü, yaxınlarınızı sakitləşdirin" like
  • 27 Mar 14:10  
Digərləri Psixoloqkonsultant: "Qorxmağı dayandırın və özünüzü, yaxınlarınızı sakitləşdirin"

Azərbaycanda koronavirusla bağlı vəziyyətə nəzarət edilir, ölkəmizdə

arrow Ətraflı
Oğuzda qəza oldu, xəsarət alanlar var like
  • 27 Mar 14:08  
Sosial Oğuzda qəza oldu, xəsarət alanlar var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır like
  • 27 Mar 14:08  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır

Ermənistanda koronavirusa yoluxanların sayı 329 nəfərə çatıb.

arrow Ətraflı
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirilib like
  • 27 Mar 14:05  
Digərləri Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi respublikamızın

arrow Ətraflı
İranda koronavirusdan ölәnlәrin sayı 2 min 300ü keçdi like
  • 27 Mar 14:04  
Dünya İranda koronavirusdan ölәnlәrin sayı 2 min 300ü keçdi

İranda yeni koronavirus (COVID19) nәticәsindә indiyәdәk 2 378 nәfәr öl

arrow Ətraflı
Qab yuduğu yerdə yaxalanan Kamil Zeynallı: "Evdar kişi olmuşuq" like
  • 27 Mar 14:02  
Şou-biznes Qab yuduğu yerdə yaxalanan Kamil Zeynallı: "Evdar kişi olmuşuq"

Sosial şəbəkələrdə aktiv olan idmançı Kamil Zeynalı bu dəfə də əyl

arrow Ətraflı
MTRŞ koronavirusla bağlı televiziyalara müraciət etdi like
  • 27 Mar 13:59  
Sosial MTRŞ koronavirusla bağlı televiziyalara müraciət etdi

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımının fasiləsizliy

arrow Ətraflı
Ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanıldı  FOTO like
  • 27 Mar 13:57  
Digərləri Ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanıldı FOTO

Qubada ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb.

arrow Ətraflı