Litvada koronavirusa yoluxanların sayı 299 nəfər olub


Dünya 27 Mar 2020 13:13:00 132 0

Litvada koronavirusa yoluxanların sayı 299 nəfər olub

Litvada son sutka ərzində koronavirusa yoluxanların sayı 25 nəfər artaraq 299-a çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 4320 nəfər müayinə olunub. Son sutka ərzində koronavirusla bağlı götürülən 849 nəfərin analizinin 25-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.