Azərbaycan XİN səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib


Siyasət 27 Mar 2020 12:45:00 122 0

Azərbaycan XİN səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib

Xarici İşlər Nazirliyi bütün səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib ki, bir-bir hamı ilə danışsın.

Son.az APA-ya istinadən bildirir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, vətəndaşlar köməklik etmək istəyirlərsə, imkan daxilində öz evlərində qalsınlar.

"Misal üçün, Türkiyədə və ya Ukraynada. Çünki onlar virus daşıyıcısı ola bilərlər. Ona görə də imkan daxilində bir-bir danışırıq ki, qoy olduqları yerdə qalsınlar. Çünki Azərbaycana gəlib karantində qalacaqlar. Ondan yaxşısı elə öz yaşadıqları yerlərdə qalsınlar", - E.Məmmədyarov vurğulayıb.