Aygün Kazımovaya nə olub?


Şou-biznes 27 Mar 2020 12:29:00 170 0

Aygün Kazımovaya nə olub?

Xalq artisti Aygün Kazımova xəstəxana otağından paylaşdığı foto ilə səs-küy yaradıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni paylaşımına "Əzizlərim, özünüzdən muğayət olun" qısa şərhini yazıb.

Fanatları Aygünün səhhətində problem olduğunu yazıblar. Kazımova izləyicilərinin çoxsaylı suallarından sonra bu gün səhər "Şükürlər olsun, hər şey yaxşıdır" cavabını verib.

Müğənninin prodüseri Nahid axşam.az-ın məsələ ilə bağlı suallarına isə "Hər şey yaxşıdır, heç bir problem yoxdur. Sadəcə, müayinədir" deyərək, reaksiya verib.