Bakıda 16 dərəcə isti olacaq


Digərləri 27 Mar 2020 12:14:00 118 0

Bakıda 16 dərəcə isti olacaq

Sabah 16 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 12-16, Bakıda gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.

Martın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.