Rayonlararası girişçıxış qadağan edildi


Digərləri 27 Mar 2020 12:18:00 113 0

Rayonlararası girişçıxış qadağan edildi

Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar bir rayondan digərinə giriş-çıxış məhdudlaşdırılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, insanların ünsiyyətini azaltmaq məqsədilə bu tədbirlərə əl atılıb.

Qeyd olunur ki, artıq bu prosesə ötən gecədən start verilib.

Xatırladaq ki, Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.