Lev Leşşenko koronavirusa yoluxub


Dünya 27 Mar 2020 12:07:00 139 0

Lev Leşşenko koronavirusa yoluxub

Məşhur sovet və Rusiya estrada müğənnisi Lev Leşşenko koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu müğənnini müayinə edən həkim bildirib.

Qeyd olunur ki, 78 yaşlı L.Leşşenko bir neçə gün əvvəl pnevmoniya simptomları ilə xəstəxanaya yerləşdirilib, daha sonra onda nəfəs darlığı başlayıb.

Hazırda onun vəziyyətinin stabil olduğu deyilir.