Xalq artisti Rauf Babayev VƏFAT ETDİ


Digərləri 27 Mar 2020 11:54:00 125 0

Xalq artisti Rauf Babayev VƏFAT ETDİ

Azərbaycan Respublikasının Xalq artisti Rauf Babayev vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müğənni 82 yaşında dünyasını dəyişib.

Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə "Şöhrət" ordeni alıb.