Səhiyyə Nazirliyinin qurumu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü


Sosial 27 Mar 2020 11:42:17 123 0

Səhiyyə Nazirliyinin qurumu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

Səhiyyə Nazirliyinin Tikilməkdə olan müəssisələrin müdriyyəti də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Səhiyyə Nazirliyinin Tikilməkdə olan müəssisələrin müdriyyəti də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

"Report" xəbər verir ki,Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan müəssisələrin müdriyyəti Koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Tikilməkdə olan müəssisələrin müdriyyəti tərəfindən Fonda 30 min manat məbləğində vəsait köçürülüb.