Xalq artisti koronavirusun xeyrini açıqladı:


Şou-biznes 27 Mar 2020 11:07:00 129 0

Xalq artisti koronavirusun xeyrini açıqladı:

Xalq artisti Brilliant Dadaşova dünyanı cənginə alan koronavirus epidemiyasından sonra yaranan mənzərəni şərh edib.

Son.az xəbər verir ki, xanım sənətçi bu xəstəlik vasitəsi iə təbiətin pisliklərdən təmizləndiyini bildirib.

Xalq artisti dünyadakı karantin rejimini belə analiz edib:

"Təbiət öz qucağını necə də gözəl təmizlədi - Pis insanlardan, şərdən-böhtandan, günahsız uşaqları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib ətrafa pislik yayanlardan. Öz qucağını bərk əliylə təmizlədi, küçələr bomboş... Təbiət biraz nəfəs almaq istəyir. Az da olsa ümid edirəm ki, məni izləyənlər dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər CAHİL deyillər".