Dünyada koronavirusa yoluxanların sayı yarım milyona çatır


Dünya 27 Mar 2020 10:23:38 112 0

Dünyada koronavirusa yoluxanların sayı yarım milyona çatır

Dünyada koronavirus qurbanlarının sayı 21 min nəfəri ötüb.

Dünyada koronavirus qurbanlarının sayı 21 min nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.

Məlumata görə, son 20 saatda dünyada infeksiyaya 465 915 yoluxma təsdiq edilib, 21 031 xəstə virusun qurbanı olub.

COVID-19-a yoluxma halları 199 ölkədə və bölgədə aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.