Rusiyada yaşayış binasında güclü yanğın:


Dünya 27 Mar 2020 10:01:00 137 0

Rusiyada yaşayış binasında güclü yanğın:

Rusiyanın Yekaterinburq şəhərində 2 mərtəbəli təkgirişli taxta binada güclü yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib. 

Qeyd edilib ki, yanğın zamanı 10 nəfər sərbəst şəkildə evi tərk edə biliblər. 

Yanğın nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 6-sı ölüb.