Türkiyə və Çinin elm adamları koronavirusla bağlı 3 saatlıq videokonfrans keçiriblər


Dünya 27 Mar 2020 09:39:00 125 0

Türkiyə və Çinin elm adamları koronavirusla bağlı 3 saatlıq videokonfrans keçiriblər

Türkiyənin Koronavirusla əlaqədar yaradılan Elm Qurumu ilə Çinin elm adamları birgə videokonfrans keçiriblər.

Son.az bildirir ki, APA-nın Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi xəbərə görə, 3 saat çəkən toplantıda, öncə yeni növ koronavirusla  (COVİD-19) bağlı Çinin tibb üzrə elm adamlarına suallar ünvanlanıb. 

Sonra hər iki ölkə arasında mövzu ilə bağlı məlumat və təcrübə mübadiləsi ətrafında geniş müzakirələr aparılıb.