Ərdoğan: “Bu qlobal bəlaya qarşı ortaq mübarizə aparaq”


Dünya 27 Mar 2020 09:22:00 128 0

Ərdoğan: “Bu qlobal bəlaya qarşı ortaq mübarizə aparaq”

Qlobal maliyyə böhranı dövründə atdığımız addım kimi yenə də qlobal təhlükəsizliyimizi təmin etmək üçün ortaq fəaliyyətlərimizi tezləşdirməliyik. G20 dövlətlərinin bütün üzvlərini əhatə edən mərkəzi banklar arasında mübadilə sazişlərinin genişləndirilməsi lazımdır. Əgər birtərəfli addımlarla davam etsək, bu qlobal iqtisadiyyata da mənfi təsir göstərəcək. 

Son.az APA-ya istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 dövlətlərinin yeni növ koronavirüsla (COVID-19) əlaqədar videokonfrans vasitəsilə keçirdiyi fövqəladə zirvə toplantısında bu fikirləri bildirib.

İki saatdan çox çəkən videokonfransda R.T.Ərdoğan deyib ki, koronavirus pandemiyası dünya əhalisini və iqtisadiyyatına ciddi şəkildə mənfi təsir etdiyi üçün dünya son dərəcə gərgin bir dönəmdən keçir. Bu səbəbdən də dünya siyasətçilərinin birgə siyasət yürütməsinə ehtiyac olduğunu deyən Türkiyə prezidenti bildirib ki, dil, din, coğrafiya fərqi olsa da, təhlükəli virus narahatlığı bütün dünya əhalisini eyni dərdə ortaq edib: "Koronavirusla mübarizə tədbirləri çərçivəsində G20 nəzdində yeni bir işçi qrupunun yaradılması çox vacibdir".

Türkiyənin hər zaman olduğu kimi, bu məsələdə də beynəlmiləl həmrəyliyə qatıldığını və ortaq fəaliyyətə hazır olduğunu deyən prezident bütün dünya ölkələrini bu qlobal mübarizəyə qatılmağa çağırıb: "Bu qlobal bəlaya qarşı ortaq mübarizə aparaq".