İtaliya Avropa İttifaqının “COVID19” yekun sənədini rədd edib


Dünya 27 Mar 2020 09:17:00 130 0

İtaliya Avropa İttifaqının “COVID19” yekun sənədini rədd edib

İtaliya ilk dəfə videokonfrans formatında keçirilən koronavirus pandemiyasının (COVID-19) nəticələrini aradan qaldırmaq üçün iqtisadi tədbirlərin hazırlanmasına həsr olunmuş 27 Avropa İttifaqı liderinin görüşünün yekun sənəd layihəsini rədd edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlər hökumətdəki mənbələrə istinadən bildirilib.

Məlumata görə, İtaliyanın Baş naziri Cüzeppe Konte həmkarlarına Aİ-nin yaşadığı fövqəladə vəziyyətin aktuallığına adekvat həll tapması üçün 10 gün vaxt verib.

Baş nazir Avropa liderlərini hazırkı böhrandan çıxmaq üçün təkliflər hazırlamaq üçün Aİ-nin 5 dövlət və ya hökumət başçılarından ibarət qrup yaratmağa dəvət edib.