Xəbəri yayılan HANTAVİRUS nədir, ölüm xəbəri doğrudurmu?


Digərləri 27 Mar 2020 07:00:00 154 0

Xəbəri yayılan HANTAVİRUS nədir, ölüm xəbəri doğrudurmu?

Çində bir kişi hantavirusdan ölüb.

Son.az xəbər verir ki, bu barədə 24 mart, çərşənbə axşamı "Global Times" öz Twitter səhifəsində məlumat paylaşıb.

Yunnan sakini Şandonqa gedən avtobusda gedərkən ölüb. Onunla bir salonda olan bütün sərnişinlər hantavirus testindən keçirilib.

Bu, bu növ infeksiyadan ilk qeydə alınan ölümdür.

İndependent-in məlumatına görə, SARS-CoV-2 koronavirusuna bənzər yeni bir insident barədə xəbərlər son zamanlar sosial şəbəkələrdə yayılıb, lakin bu müqayisə düzgün deyil.