Bərdədə ticarət obyektləri yanıb


Sosial 27 Mar 2020 05:34:53 187 0

Bərdədə ticarət obyektləri yanıb

Bərdə şəhərində yanğın hadisəsi baş verib.

© Report/Elchin Murad

Bərdə şəhərində yanğın hadisəsi baş verib.

Bu barədə“Report” Fövqəladə Halar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 66 kvadrat metr olan, bir dam altında tikilən müxtəlif təyinatlı ticarət obyektlərinin (gözəllik salonu və şirniyyat satışı mağazası) yanar konstruksiyaları yanıb.

Bitişik ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.