"Marakana" stadionu koronavirus xəstəxanası kimi fəaliyyət göstərəcək


Dünya 27 Mar 2020 02:48:56 199 0

"Marakana" stadionu koronavirus xəstəxanası kimi fəaliyyət göstərəcək

Rio-de-Janeyronun özündə məşhur "Marakana" stadionunu da birləşdirən idman kompleksi xəstələr üçün müvəqqəti koronavirus hospitalına çevriləcək.

Rio-de-Janeyronun özündə məşhur "Marakana" stadionunu da birləşdirən idman kompleksi xəstələr üçün müvəqqəti koronavirus hospitalına çevriləcək.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Reuters” agentliyi xəbər verir.

Şəhər hakimiyyəti hələ "Marakana"da neçə xəstəxana çarpayısının yerləşdiriləcəyi məsələsini həll etməyib. Həmçinin hospitalın futbol meydanında və ya kompleksin başqa yerində açılacağı da məlum deyil.

Braziliya Səhiyyə Nazirliyinin son məlumatına əsasən, ölkədə infeksiyaya yoluxma hallarının sayı 2,9 mini ötüb, 78 nəfər virusun qurbanı olub.

"Marakana" dünyanın məşhur stadionlarından biridir. Onun açılışı 1950-ci ilin futbol üzrə dünya çempionatına uyğunlaşdırılıb. Burada 2014-cü ildə futbol mundialının finalı keçirilib, həmçinin 2016-cı il Olimpiada oyunlarının açılış və balanış mərasimləri “Marakana”da olub.