İnsan bu 5 xüsusiyyətə malik olsa, şeytanın onunla işi olmaz


Digərləri 26 Mar 2020 23:20:00 158 0

İnsan bu 5 xüsusiyyətə malik olsa, şeytanın onunla işi olmaz

Şeytanın (lən) işi zəhəri insanın daxilinə yeritməkdir. Əgər kimsə bir başqasını zəhərləmək istəyirsə, əgər həmin zəhəri qarşı tərəfin cibinə qoysa zəhər ona təsir etməz. Əgər ona yedizdirib, sonra başıaşağı halda saxlasa, yenə təsiri olmaz. Çünki zəhər bədəninə daxil olmaz ki, ona ziyan vursun. Zəhər o zaman təsirli olar ki, insanın daxilinə nüfuz etsin və onun bütün əzalarını zəhərləsin.

Şeytanın (lən) vəsvəsəsi də zəhər kimidir. Hava, həvəs, şəhvət... bunların hamısı zəhərin təsirləridir ki, cavanlarda yüngül, qocalarda isə daha ağır şəkildə özünü göstərər. Çünki onların cah-cəlala olan tamahları daha böyük olar.

Əgər kiminsə yaltaqlıqdan xoşu gəlirsə, bu, həmin zəhərin təsirindəndir. İmam Əli (ə) Malik Əştərə yazır: "Nə zaman kimsə səni tərifləsə, gərək ehtiyatlı olasan. Çünki başlanğıc xətdə şeytanın atəşi qərar tutmuşdur".

Allah Təala buyurur ki, şeytan sizin düşməninizdir və siz gərək onu düşmən kimi qəbul edəsiniz. Bu düşmən sizi yolundan azdırmaqdan əl çəkməyəcəkdir. Çünki buna and içmişdir. Sizi şeytandan qoruya biləcək libas vardır ki, adı təqvadır. Təqva başqa libaslardan fərqlənir və bu libas insanı nəinki istidən və soyuqdan qoruyur, bəlkə əsil hədəfi - düşmən olan şeytandan qorumaqdır.

""Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır". Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar". ("Əraf" 26).

Beləliklə deyə bilərik ki, şeytan insanın qədim düşmənidir və bu düşmən - güclü düşməndir. Ancaq Allah bizi onun qarşısında çarəsiz buraxmamışdır. Bizə onu tanıtmış və buyurmuşdur ki, əgər şeytanın zəhərindən qorunmaq istəyirsənsə, gərək təqva libasını geyinəsən. Ancaq bu zaman şeytanın şərindən amanda ola bilərsən. Ancaq bu zaman mən səni şeytanın əlindən qoruya bilərəm.

İmam Sadiq (ə) buyurur: "Əgər kimsə bu 5 sifətə malik olsa, şeytanın onunla işi olmaz və onu doğru yoldan azdıra bilməz:

- sadiq niyyət,